Əri İŞİD-ə qoşulduğu üçün uşağın boğazını kəsdi - VİDEO
Bizi izləyin

Dünya

Əri İŞİD-ə qoşulduğu üçün uşağın boğazını kəsdi - VİDEO

Belçikada əri İŞİD-ə qatılan türk qadın 8 yaşındakı oğlunun boğazını kəsib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ana cəsədi çamadana qoyaraq parkda basdırmağa çalışıb.

Brüsseldə yaşayan Mehrab Yelman-Canga həyat yoldaşı David Canga bir il əvvəl İŞİD-ə qatıldığı üçün depresiyaya düşüb. 8 və 11 yaşlarında 2 oğlu olan gənc qadın fevralın 13-də böyük oğlu Məhəmməd Əli Canganı qayınananın yanında saxlayıb. Kiçik oğlu İbrahimlə evə gələn qadın onun boğazını kəsərək cəsədini çamadana qoyub.

Çamadanı parkda basdırmağa çalışsa da, bacarmayıb. Cəsədi parkda qoyaraq evə qayıdıb.

Fevralın 14-ü səhər saatlarında parkdan keçən bir nəfər çamadanı görüb. Hadisə yerinə polis çağırılıb. Qısa müddətdə uşağın şəxsiyyətini müəyyənləşdirən polis qadını tutub. Psixoloji problemlərinin olduğu deyilən 33 yaşındakı qadın ifadəsində cinayəti etiraf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm