Türkiyə quru əməliyyatları üçün şərtini açıqladı
Bizi izləyin

Dünya

Türkiyə quru əməliyyatları üçün şərtini açıqladı

“Müttəfiqlər arasında razılaşma olarsa, Türkiyə Suriyada quru əməliyyatlarına qatılar”.

Publika.az xəbər verir ki, bu barədə “Reuters”ə agentliyinə danışan bir türkiyəli səlahiyyətli deyib.

Onun sözlərinə görə, quru əməliyyatları olmadan Suriyadakı müharibəni dayandırmaq qeyri-mümkündür. Adını açıqlamayan səlahiyyətli ABŞ və Qərb ölkələrinin də bu əməliyyatda iştirak etməli olduğunu, Türkiyənin təkbaşına quru əməliyyatına qatılmayacağını bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Münhen Təhlükəsizlik Konfransında Səudiyyə Ərəbistanı və Türkiyənin İŞİD-lə mübarizə üçün quru əməliyyatının tərəfdarı olduğunu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm