Butros-Qali vəfat edib
Bizi izləyin

Dünya

Butros-Qali vəfat edib

BMT-nin sabiq baş katibi Butros Butros-Qali 93 yaşında vəfat edib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, o, çərşənbə axşamı Qahirədə xəstəxanada keçinib.

Misirin dövlət informasiya agentliyi bildirib ki, o, çanaq sınması diaqnozu ilə xəstəxanaya daxil olub. Onun ölümü Venesuelanın BMT-dəki səfiri Rafael Ramires və BMT Təhlükəsizlik Şurasının hazırkı prezidenti tərəfindən təsdiqlənib.

Misirli olan Butros-Qali BMT-nin baş katibi olan ilk ərəb idi. Körfəz Müharibəsi zamanı həlledici qərarlar verən Qali 1992-ci ildən 5 il müddətinə BMT-nin baş katibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm