Xəzər dənizinin üzərindən Suriyaya göndərildi – VİDEO
Bizi izləyin

Dünya

Xəzər dənizinin üzərindən Suriyaya göndərildi – VİDEO

Rusiya Suriyadakı Xmeymim hava bazasında son model TU-214R kəşfiyyat təyyarəsini yerləşdirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya bununla da Suriyanın hava məkanında əlini gücləndirəcək.

“Theaviationist.com” saytı isə hərbi mənbələrə istinad edərək Rusiyanın Suriyanın hava məkanını tamamilə nəzarət altına aldığını yazıb. Saytın yazdığına görə, Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən qalxan kəşfiyyat təyyarəsi Xəzər dənizi-İran-İraq marşrutu üzrə keçərək Xmeymin bazasına çatıb.

Rusiyada hazırda iki ədəd TU-214R kəşfiyyat təyyarəsi var. Sovet dövründən qalan IL-20 kəşfiyyat təyyarələrini əvəz edən TU-214R AWACS erkən xəbərdarlıq radar sistemlərinə bənzər sistemlərlə, MRK-411 çoxtezlikli radiotexnika kompleksi və “Fraksiya” yüksək dəqiqlikli optik-elektron sistemi ilə təchiz edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm