Baş prokuror prezidentin istefa tələbini yerinə yetirdi
Bizi izləyin

Dünya

Baş prokuror prezidentin istefa tələbini yerinə yetirdi

Ukraynanın Baş prokuroru Viktor Şokin istefa verib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə “Pyotr Poroşenkonun Bloku” parlament fraksiyasının sədr müavini Mustafa Nayem “Twitter” hesabında bildirib.

Bu informasiya həmçinin Baş prokurorluq tərəfindən təsdiqlənib.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Pyotr Poroşenko baş nazir Arseniy Yasenyuk və Baş prokuror Viktor Şokini “hakimiyyətə etibarın bərpası üçün” könüllü istefaya verməyə çağırıb.

Fevralın 10-da Ukrayna KİV-i “Pyotr Poroşenkonun Bloku”ndakı anonim mənbəyə istinadən bildirib ki, ölkə prezidenti Yasenyuku istefaya göndərmək barədə qərar verib. “Poroşenko hazırda düşünür ki, ondan sonra kim baş nazir olacaq. Dövlət başçısı namizədi tapan kimi istefa reallaşacaq”, - mənbə deyib.

Arseniy Yasenyukun yaxın günlərdə istefa verəcəyi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm