Ali Rada Yasenyuku saxladı
Bizi izləyin

Dünya

Ali Rada Yasenyuku saxladı

Ukraynanın Ali Radası Arseniy Yasenyukun başçılıq etdiyi hökumətə etimadsızlıq haqqında qətnamə layihəsini qəbul etməyib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, qətnamə layihəsinin lehinə 194 deputat səs verib.

Layihənin qəbul olunması üçün minimum 226 səs tələb olunurdu.

Etimadsızlıq haqqında qətnamə layihəsi səsverməyə çıxarılmadan əvvəl Ali Rada nazirlər kabinetinin işinin qeyri-kafi olduğuna dair qərar qəbul edib. Bu qərara 247 deputat səs verib.

Qeyd edək ki, fevralın 16-da Ukrayna prezidenti Pyotr Poroşenko baş nazir Arseniy Yasenyuk və Baş prokuror Viktor Şokini “hakimiyyətə etibarın bərpası üçün” könüllü istefaya verməyə çağırıb. Çağırışa cavab olaraq Viktor Şokin istefa verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm