Səhranın düz ortasında ən böyük göl – FOTOLAR
Bizi izləyin

Dünya

Səhranın düz ortasında ən böyük göl – FOTOLAR

ABŞ-ın Kaliforniya ştatının ən böyük səhrasının ortasında böyük bir dəniz yerləşir.

Publika.az xəbər verir ki, bu ərazidə tez-tez dəyişən hava şəraiti tarix boyu su axınlarını Kolorado Səhrasına tərəf yönəldərək orada su hövzələri yaradıb.

Lakin son suvarma səyləri nəticəsində ortaya çıxıb ki, 1905-ci ildə Kolorado çayının axınının dəyişməsi iki il ərzində səhraya su daşqınının baş verməsinə yol açıb. 1500 işçi çay axınını qeriyə qaytarmaq üçün yarım milyon ton daş sərf edib.

Lakin yeni yaradılmış Salton dənizi hələ də o yerdə qalır. Hhazırda dəniz səviyyəsindən 67 metr aşağıda yerləşən və suyu Sakit Okeanın suyundan 30 faiz çox duzlu olan bu göl Kaliforniyanın ən böyük gölü sayılır. Bu gün göl balıqçılar, qayıqçılar, üzgüçülər və su xizəkçiləri üçün məşhur turist məkanı olaraq qalır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm