Seul Pxenyana xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

Seul Pxenyana xəbərdarlıq etdi

Pxenyan nüvə silahı istehsalı üzərində fəaliyyəti davam etdirsə, Seul daha da sərt tədbirlər görəcək.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Milli Assambleyada çıxış edən prezident Park Şimali Koreyanın nüvə və balistik raketləri sınaqdan keçirməsinə cavab olaraq Şimali Koreya ilə birgə istifadə etdiyi Kaesonq sənaye obyektini bağlamaq qərarını müdafiə edib.

O bildirib ki, Şimali Koreya ilə xoş məramlı diplomatik əməkdaşlıq görünür işə yaramır və Seul Şimali Koreyanı nüvə proqramının inkişaf etdirilməsinin rejim dəyişikliyinə gətirib çıxaracağına inandırmaq məqsədi ilə sərt və effektiv ölçülər götürəcək.

Şimali Koreya fevralın 7-i uzun mənzilli raketi sınaqdan keçierib və orbitə özünün iddia etdiyi kimi “Yer Kürəsini müşahidə peyki” yerləşdirib.

Beynəlxalq ictimayyət bu addımı BMT-nin sanksiyalarının ciddi şəkildə pozulması kimi kəskin qınayıb.

Cənubi Koreya ABŞ və Yaponiyaya qoşularaq, BMT Təhlükəsizlik Şurasını Şimali Koreyaya qarşı sanksiyaların yeni raundunu tətbiq etməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm