Timoşenko yeni saç stili ilə heyrətləndirdi - FOTO
Bizi izləyin

Dünya

Timoşenko yeni saç stili ilə heyrətləndirdi - FOTO

"Batkivşina" Ukrayna partiyasının lideri Yuliya Timoşenko ənənəvi nənəsayağı hörüklü saç stilini dəyişib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Timoşenko çərşənbə axşamı parlamentdəki çıxışından çox yeni saç düzümü ilə diqqət çəkib. O, hörüklü saç stilini açıq saç düzümünə dəyişib. Yeni saç stili ilə deputatları da heyrətləndirən siyasətçi xanımın yeni obrazı sosial şəbəkələrdə də müsbət qiymətləndirilib.

Xatırladaq ki, o, nadir hallarda saç stilini dəyişir. Timoşenko bir neçə dəfə, əsasən də, təntənəli tədbirlərə fərqli saç düzümündə qatılıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm