Bəhreyndə saxlanmış amerikalı jurnalistlər azad edilib
Bizi izləyin

Dünya

Bəhreyndə saxlanmış amerikalı jurnalistlər azad edilib

Bəhreyndə saxlanmış dörd amerikalı jurnalist azad edilib və ölkəni tərk etməyə hazırlaşır. Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə jurnalistlərin vəkili açıqlama verib.

Bazar günü saxlanmış jurnalistlərə qarşı cinayət törətmək məqsədilə qeyri-qanuni toplaşma ittihamı irəli sürülüb.

Polis bildirib ki, bir qadın və üç kişi jurnalist ölkəyə keçən həftə daxil olub və "qeyri-qanuni fəaliyyətlər göstərməklə yanaşı", rəsmilərin icazəsi olmadan jurnalist fəaliyyəti ilə məşğul olub.

Jurnalistlər Bəhreynə beş il bundan əvvəl rəsmilər tərəfindən dağıdılmış demokratiya naminə nümayişlərin ildönümünü işıqlandırmaq məqsədilə səfər edib. Onlar bazar günü Sitra şəhərində nümayişçilər və təhlükəsizlik qüvvələri arasında toqquşma baş verən zaman həbs edilib.

Bəhreyn 2011-ci ildə Ərəb ölkələrində başlayan demokratik hərəkatlar dalğasında əksəriyyətdə olan şiə müxalifət tərəfindən etiraz aksiyalarına səhnə olub.

Nümayişçilər demokratik islahatların keçirilməsi və Behreynin sünni rəhbərliyi tərəfindən ayrı-seçkiliyə son qoyulmasını tələb edir.

ABŞ-ın mühüm müttəfiqi olan Bəhreyn Birləşmiş Ştatların başçılığı ilə İslam Dövləti qrupuna qarşı koalisiyanın üzvüdür. ABŞ-ın Beşinci Hərbi Donanmasının bazası da Bəhreyndə yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm