Səudiyyə qırıcıları da Suriyada hava əməliyyatlarına başladı
Bizi izləyin

Dünya

Səudiyyə qırıcıları da Suriyada hava əməliyyatlarına başladı

Səudiyyə Ərəbistanının hərbi hava qüvvələrinə məxsus döyüş təyyarələri ilk dəfə olaraq Suriyada yerləşən İŞİD obyektlərini bombalayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İŞİD-ə qarşı mübarizə aparan koalisiya ölkələri arasında yer alan, ancaq indiyədək terrorçulara qarşı heç bir açıq hərbi əməliyyatlarda iştirak etməyən Səudiyyə Ərəbistanının hava qoşunları ilk dəfə olaraq İŞİD-ə böyük zərbə vurub.

Hələlik Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin haradan qalxdığı və hansı əraziləri bombalaması barədə dəqiq məlumat verilmir. Lakin Səudiyyə Ərəbistanı hərbi hava qüvvələrinə məxsus bir neçə döyüş təyyarəsinin Türkiyənin “İncirlik” hərbi hava bazasına gəldiyi barədə dəqiq məlumatlar var. Ehtimal edilir ki, Səudiyyə qırıcıları Suriyada bu əməliyyatı məhz “İncirlik” bazasından qalxaraq həyata keçiriblər.

Səudiyyə Ərəbistanı qırıcılarının Suriyada İŞİD-ə qarşı hava əməliyyatları keçirməsini ABŞ-ın Müdafiə Nazirliyi də təsdiqləyib. Belə ki, Pentaqon sözçüsü Peter Cook keçirdiyi mətbuat konfransında bildirib ki, Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri ötən həftənin sonu Suriyada İŞİD-ə qarşı keçirilən hava əməliyyatlarında yaxından iştirak edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm