Türkiyədə terror: yeraltı keçid partladıldı
Bizi izləyin

Dünya

Türkiyədə terror: yeraltı keçid partladıldı

Türkiyənin Mardin vilayətinin Kızıltəpə mahalında yeraltı keçidlərin birində partlayış baş verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.

Kızıltəpə Dövlət Xəstəxanasına aparılan yaralıların həyatına təhlükənin olmadığı bildirilir.

Partlayışın səbəbi hələ məlum deyil. Hadisə yerinə gələn polis qrupları partlayışın səbəbini araşdırır.

Qeyd edək ki, Mardin vilayəti Suriya ilə sərhəddə yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm