Hakerlər sms şifrələrini ələ keçiriblər
Bizi izləyin

Dünya

Hakerlər sms şifrələrini ələ keçiriblər

Kibercinayətkarlar sms vasitəsilə daxil olan birdəfəlik şifrələri ələ keçirməyi bacaran Android virus yaratmağa müvəffəq olublar.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, birdəfəlik sms vasitəsilə ikimərhələli autentifikasiya bundan sonra elektron ödəmələrdə etibarlı vasitə sayıla bilməz.

“Android.Banksy” zərərverici proqramı hələ 2014-cü ildə “Symantec”in mütəxəssisləri tərəfindən aşkar olunub. Sözügedən virusun bu yaxınlarda buraxılmış yenilənməsində isə birdəfəlik sms şifrələri və səsli məktubları da ələ keçirmək mümkündür.

Bu gün bir çox bank tətbiqetmələri onlayn ödənişləri həyata keçirərkən təhlükəsizlik məqsədilə ikimərhələli identifikasiyadan istifadə edirlər. Onlayn bankinq sisteminə giriş edərkən təkcə istifadəçi adı və şifrə deyil, bir neçə dəqiqə ərzində daxil olan sms kodu da daxil etməlidirlər. Son vaxtlaradək birdəfəlik şifrə SMS bildirişdənsə, zəngli bildiriş daha təhlükəsiz sayılırdı. Lakin haqqında danışılan virusun yeni modifikasiyası həmin zəngli bildirişlərin xakerə yönləndirilməsi imkanını yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm