15 min “mehmetcik” əmr gözləyir - Rusiya ilə qarşıdurma?
Bizi izləyin

Dünya

15 min “mehmetcik” əmr gözləyir - Rusiya ilə qarşıdurma?

Türkiyə Silahlı Qüvvələrinin üç briqadası - 15 min hərbçi Suriya sərhədində Ankaradan əmr gözləyir.

Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, “mehmetcik” Azez və Hələbdən gələcək kütləvi qaçqın axınına qarşı hazır vəziyyətdə saxlanılıb.

Kütləvi qaçqın axını olacağı halda Suriyaya keçməyi planlaşdıran briqadalar burada təhlükəsiz humanitar bölgə yaradacaq. Türkiyənin hərbi rəhbərliyi “mehmetcik”lə Rusiya və YPG (PYD terror təşkilatının silahlı qanadı) terror təşkilatının qarşıdurma ehtimalını da nəzərə alıb.

Təhlükəsiz humanitar bölgənin yaradılması üçün NATO və ABŞ-ın da dəstəyi təmin ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm