• USD 1,7000 0,00% EUR 1,8744 +0,23%
    • GBP 2,1898 +0,35% RUB 0,0266 +0,75%

Bu, Rusiya ilə müharibə səbəbi sayılacaq – 250 min nəfər qətliamla üz-üzə

  • Dünya
  • 17 Fevral 2016 13:11
  • 2 254 Baxış
Bu, Rusiya ilə müharibə səbəbi sayılacaq – 250 min nəfər qətliamla üz-üzə

Suriyanın şimalında Afrin-Tel Rıfat-Azez xəttində qalan 250 min suriyalı qətliam təhlükəsi ilə üz-üzədir.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, bölgədəki İŞİD və PYD terror qruplaşmalarının nəzarət etdiyi ərazilər arasında müxalifətin heç bir məntəqəsi qalmayıb.

Hələbin şimalında Rusiya aviasiyasının dəstəyi ilə irəliləyən PYD Şeyx İsa kəndi ilə strateji qəsəbə olan Mareni ələ keçirib. Mare müxalifətin müqavimət hərəkatının simvollarından sayılırdı. Marenin ətrafındakı Sovaran qəsəbəsi ilə Nehar və Hörbül kəndləri İŞİD-in əlindədir.

Türkiyənin hərbi təyyarələri Suriya sərhədində müşahidə aparsalar da, Suriyanın hava məkanına daxil ola bilmir. Rusiyanın bu ölkədə yerləşdirdiyi S-400 hava hücumundan müdafiə sistemləri Türkiyə üçün önəmli əngəldir. Türkiyəyə qarşı bu sistemdən istifadə edilməsi müharibə səbəbi sayılacağı üçün Türkiyə bütün müharibə yükünü təkbaşına daşımaq istəmir.

Hərbi mənbələrə görə, Türkiyə Suriyada beynəlxalq koalisiyadan kənar quru əməliyyatları həyata keçirməyəcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR