Saakaşvili: “Ukraynada çevriliş baş verdi”
Bizi izləyin

Dünya

Saakaşvili: “Ukraynada çevriliş baş verdi”

Ukraynada fevralın 16-da oliqarxiya çevrilişi oldu.

Publika.az xəbər verir ki, bunu Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti “Facebook”dakı səhifəsində yazıb.

“Ölkədə oliqarxiya çevrilişi oldu. “Narıncı inqilabı”n uğursuzluqlarından sonra hakimiyyətə Viktor Yanukoviçin gəldiyi kimi dünən də Əhmədov (Rinat Əhmədov Ukraynanın ən zəngin biznesmenlərindən biridir- red.) və başqa oliqarxlar vəziyyət üzərində nəzarəti yenidən öz əllərinə götürdülər”,- Saakaşvili qeyd edib.

Qubernatorun fikrincə, prezident fraksiyası olan “Pyotr Poroşenkonun Bloku”ndan sonra “Batkivşina” da parlament koalisiyasını tərk etməlidir.

Fevralın 16-da Ukraynanın Ali Radası Arseniy Yasenyukun başçılıq etdiyi hökumətə etimadsızlıq haqqında qətnamə layihəsini qəbul etməyib. Qətnamə layihəsinin lehinə 194 deputat səs verib. Layihənin qəbul olunması üçün minimum 226 səs tələb olunurdu.

Qeyd edək ki, fevralın 16-da Ukrayna prezidenti Pyotr Poroşenko baş nazir Arseniy Yasenyuk və Baş prokuror Viktor Şokini “hakimiyyətə etibarın bərpası üçün” könüllü istefaya verməyə çağırıb. Çağırışa cavab olaraq Viktor Şokin istefa verib.

Fevralın 15-də Mixail Saakaşvili bildirib ki, Arseniy Yasenyuk öz postunda yalnız iki oliqarxın - Rinat Əhmədov və İqor Kolomoyskinin dəstəyi ilə qala bilər: “Mənim eşitdiyimə görə, Rinat Əhmədov və İqor Kolomoyski səslərin toplanması üçün lobbiçilik aparır. Yəni, əgər hökumət dayanacaqsa, bu iki-üç oliqarxın səsləri ilə mümkün olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm