“Rusiya Gümrüdəki qüvvələrini hərəkətə keçirəcək”
Bizi izləyin

Dünya

“Rusiya Gümrüdəki qüvvələrini hərəkətə keçirəcək”

“Gümrüdəki Rusiya bazası Ermənistanın suverenliyinə təhdiddir”.

Publika.az
xəbər verir ki, bu barədə erməni ekspert Manvel Sarkisyan deyib.

Onun sözlərinə görə, bu gün Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi Gümrüdəki hərbi bazanın Ermənistan üçün təhlükə mənbəyinə çevirib: “Rusiya-Türkiyə arasında başlaya biləcək hansısa hərbi qarşıdurmadan ilk zərəri Ermənistan görəcək. Çünki Rusiya Qafqaz regionunda öz maraqlarına təhlükə görərsə, ilk olaraq bu hərbi bazadakı qüvvələrini hərəkətə keçirəcək. Bu da Ermənistanın hədəfdə olması deməkdir”.

Erməni politoloq qeyd edib ki, əgər Ermənistan müstəqil ölkə olsaydı, rus-türk qarşıdurmasında müstəqil mövqe nümayiş etdirərdi: “Amma İrəvan hökuməti Moskvanın dediyi ilə oturub-durur”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm