Ərdoğandan ABŞ-a mesaj: “Buna əsla icazə verməyəcəyik” - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğandan ABŞ-a mesaj: “Buna əsla icazə verməyəcəyik” - VİDEO

“Cənub sərhədimizdə yeni bir Qəndilin meydana gəlməsinə əsla icazə verməyəcəyik”.

Publika.az “Haberler.com” saytına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında keçirdiyi bir qəbulda deyib.

ABŞ-a mesaj göndərən dövlət başçısı PYD-ni terror təşkilatı olaraq görmədiyini açıqlayan Vaşinqtonu anlamaqda çətinlik çəkdiyini bildirib. Türkiyə prezidenti çıxışın əsas hissəsini Rusiyanın tənqidinə ayırıb. Ərdoğan beynəlxalq cəmiyyətin Dəməşq rejimi və Rusiyanın hücumlarına qarşı çıxmalı olduğunu deyib.

“Türkiyənin səbrinin sərhədlərini öyrənmək istəyirlərsə, bilsinlər ki, həmin sərhədlərin sonu çatıb. Rusiya hazırda qatil və zalım Əsədin yanında yer almaqla öz kimliyini ortaya qoyub. BMT bildirir ki, müharibə cinayətlərinin törədildiyinə dair dəlillər lazımdır. Xəstəxanalar bombalanır. Suriyadakı mənzərə çox açıq və dəqiqdir. İŞİD-ə qarşı döyüşdüyünü iddia edən heç kimin terrorla mübarizə aparmaq niyyəti yoxdur”, - Türkiyə prezidenti bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm