Kremlə xəbərdarlıq: “Bu, real döyüş əməliyyatlarına gətirib çıxaracaq”
Bizi izləyin

Dünya

Kremlə xəbərdarlıq: “Bu, real döyüş əməliyyatlarına gətirib çıxaracaq”

“Vəziyyət pisləşdi. Biz yalnız Ukraynada deyil, həm də Baltikyanı ölkələr, Mərkəzi Avropa və Skandinaviyada Rusiyanın həyata keçirdiyi hibrid müharibəni müşahidə edirik”.

Publika.az LSM.lv portalına istinadən xəbər verir ki, bunu Latviyanın LTV1 telekanalının efirində NATO-un strateji kommunikasiyalar üzrə Mərkəzinin direktoru Yanis Sarts deyib.

NATO-nun məmuru bildirib ki, “hibrid müharibə” real döyüş əməliyyatlarına gətirib çıxara bilər. Yanis Sarts Rusiya təcavüzünün nümunəsi kimi RT kanalı və “Sputnik” agentliyinin təbliğatçılıq layihələrini göstərib.

İttifaqın nümayəndəsi qeyd edib ki, onun rəhbərlik etdiyi idarə rusiyayönlü saytların fəaliyyətini izləyəcək. O, Latviya vətəndaşlarını da onların fəaliyyətinə məhəl qoymamağa çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm