• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0267 0,00%

“Prenses”in evindən 10 ton zibil çıxdı - VİDEO/FOTO

  • Dünya
  • 17 Fevral 2016 23:08
  • 1 202 Baxış
“Prenses”in evindən 10 ton zibil çıxdı - VİDEO/FOTO

Türkiyədə bir qadının evindən 10 ton zibil çıxarılıb.

Publika.az qonşu ölkənin mətbuatına istinadən xəbər verir ki, İstanbulun Bəyoğlu məhəlləsində yaşayan 63 yaşlı Gülsərən Qızılyelə aid ev zibilliyə çevrildiyindən qonşular polisə şikayət edib.

Prokurorluğun qərarı ilə bələdiyyə işçiləri evə girib. Ev dezinfeksiya ediləndən sonra zibillərdən təmizlıməyə başlayıblar. Evdəki zibillərin mətbəx və hamamda tavana qədər çatdığı deyilir. Gün ərzində bələdiyyə işçiləri evdən 10 ton zibil təmizləyiblər. Ev o qədər zibillə dolu olub ki, tavanla zibil arasında 20 santimetr bir boşluq qalıb.

Qonşular isə ev sahibəsinin həmişə gözəl geyindiyini, daim makyajda olduğunu deyiblər. Hətta Türkiyənin tanınmış müğənnisi Orxan Gəncəbay və Fərdi Tayfurun falına da baxırmış. Sakinlərin sözlərinə görə, qadın o qədər gözəl olub ki, ona “prenses” deyirmişlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR