Ankaradakı partlayışın ilk görüntüləri yayıldı: 28 ölü - YENİLƏNİB/VİDEO/FOTO
Bizi izləyin

Dünya

Ankaradakı partlayışın ilk görüntüləri yayıldı: 28 ölü - YENİLƏNİB/VİDEO/FOTO

Türkiyənin paytaxtı Ankara şəhərində güclü partlayış baş verib. Partlayışın Türkiyə Baş Qərargahının yaxınlığında baş verdiyi bildirilir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər və təcili yardım maşınları cəlb olunub. Hədəfin hərbi konvoy olduğu bildirilir. Partlayışın kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Son məumatlara görə, hadisə yerində bomba yüklü bir avtomobilin partladıldığı istisna edilmir. İlkin məlumata görə, bir-birinin ardınca üç partlayış səsi eşidilib. Hadisə zamanı 3 hərbi avtomobil yanıb.

Ankara valisi Mehmet Kılıçlar hadisə nəticəsində 5 nəfərin öldüyünü, 10 nəfərin xəsarət aldığını bildirib. O, partlayışın bomba yüklü avtomobil vasitəsilə həyata keçirildiyini istisna etməyib.

O cümlədən, partlayış zamanı yaxınlıqdakı hərbi şəhərcikdəki evlərə də ciddi ziyan dəyib.

***

Türkiyənin baş naziri Əhməd Davudoğlu hadisənin araşdırıldığını bildirib.

Meşə və Su İşləri naziri Veysəl Eroğlu isə hadisənin terror olduğunu qeyd edib.

***

Son məlumatlara görə, partlayış hərbçiləri daşıyan mülki avtobusun içində baş verib. Hadisə yerində yanğın söndürülüb. Ankara valisinin açıqlamasına görə, ölənlərin sayı 11-ə çatıb.

***

Ədliyyə Naziri hadisəni terror adlandırıb və bildirib ki, partlayışın səbəbi Türk dövlətini sarsıtmaqdır. “Amma buna nail ola bilməyəcəklər. Türk xalqı öz birlik və bərabərliyini qoruyacaq. Dövlətin bütün idarələri hadisənin araşdırılması və bir daha baş verməməsi üçün əlindən gələni edir”, - nazir əlavə edib.

***

Baş Qərargah hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, partlayış içərisində Türk Silahlı Qüvvələrinin əməkdaşları olan avtobusun qırmızı işıqda dayandığı zaman baş verib.

Ölənlər arasında hərbçilərlə yanaşı, mülki vətəndaşların olduğu da deyilir.

***

Partlayışın ilk görüntüləri yayılıb. Son məlumatlara görə, partlayışda ölənlərin sayı 28 nəfərə çatıb. 68 nəfərin yaralandığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm