Analitik: “Bu, Türkiyədəki qarşıdurmalar üçün strateji qərar olacaq” - VİDEO
Bizi izləyin

Dünya

Analitik: “Bu, Türkiyədəki qarşıdurmalar üçün strateji qərar olacaq” - VİDEO

Suriyanın şimalında Rusiyanın hava dəstəyi ilə irəliləyən PYD terror təşkilatının içində rus hərbçiləri də var.

Publika.az xəbər verir ki, bunu Türkiyənin “Vatan” nəşrinə açıqlamasında türkiyəli analitik Mətin Gürcan deyib.

Onun sözlərinə görə, PYD-nin içindəki rus hərbçiləri hava zərbələri endiriləcək nöqtələrin koordinatlarını müəyyənləşdirirlər: “Rusiya əsgərləri və PYD döyüş meydanında birlikdə hərəkət edirlər. Ruslar PYD-yə hava dəstəyi təmin edirsə, yerdə mütləq hava dəstəyinə istiqamət verəcək qüvvələr olmalıdır”.

Analitik qeyd edib ki, PYD əhəmiyyətli bir qərarı qəbul etməyin astanasındadır: “PYD bundan sonra Amerika, yoxsa Rusiya ilə davam edəcək? Bu, çox strateji bir qərardır. PYD Kobani və Cəzirədə Amerika, Hələbin şimalında isə Rusiya ilə birlikdə hərəkət edir. Terror təşkilatı bundan sonra hansı tərəflə davam edəcəyinə dair qərar verməlidir. Bu həm Türkiyədəki qarşıdurmalara, həm də Suriyanın gələcəyinə təsir edəcək çox əhəmiyyətli bir qərar olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm