Hamilə qalaraq ölüm cəzasından xilas oldu - VİDEO
Bizi izləyin

Dünya

Hamilə qalaraq ölüm cəzasından xilas oldu - VİDEO

Vyetnamın Kuang Ninh vilayətindəki bir həbsxanada edam olunmasını gözləyən 42 yaşındakı qadın Thi Hue ölümdən maraqlı bir yolla xilas olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qadının hamilə qalması onu ölümdən xilas edib.

O, 27 yaşındakı kişi məhbus Tuan Hungaya 2200 dollar ödəyərək spermasını alıb. “Thanh Nien” qəzetinin yazdığına görə,Thi Hue 2015-ci ilin avqust ayında iki dəfə sperm alıb.

Narkotik satmaqda ittiham olunan Thi Huenin hamilə qalmasından sonra həbsxananın 4 gözətçisi işindən azad edilib. Qadın uşağını aprel ayında dünyaya gətirəcək. Vyetnam qanunlarına görə, hamilə qadın, yaxud da yaşı 3-dən az olan uşağın anası ölüm cəzasına məhkum edilə bilməz. Ölüm cəzası ömürlük cəza ilə əvəz olunur. Thi Hue 2014-cü ildə ölüm cəzasına məhkum edilmişdi.

2007-ci ildə də analoji hadisə baş verib. Ölüm cəzasına məhkum olunan Thi Oanh adlı qadın kişi məhkumdan hamilə qalaraq ölüm cəzasından xilas olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm