Ərdoğanın Azərbaycana səfəri təxirə salındı
Bizi izləyin

Dünya

Ərdoğanın Azərbaycana səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazirin köməkçisi və hökumət sözçüsü Numan Kurtulmuş açıqlama verib. Onun sözlərinə görə, səfərin təxirə salınmasına Ankarada baş verən terror aksiyası səbəb olub.

Qeyd edək ki, bu gün Ankarada Türkiyə Baş Qərargahının yaxınlığında hərbçiləri daşıyan avtobusa hucum olub. Avtobus işıqforda dayanarkən yanında bomba yüklü avtomobil partladılıb. Nəticədə 28 nəfər həlak olub, 61 nəfər yaralanıb. Ölənlər arasında mülki vətəndaşlar da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm