İsveçdə Türk Mədəniyyət Mərkəzinə bombalı hücum
Bizi izləyin

Dünya

İsveçdə Türk Mədəniyyət Mərkəzinə bombalı hücum

İsveçin paytaxtı Stokholmda yerləşən Türk Mədəniyyət Mərkəzində bombalı terror aktı törədilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bombalı hücum zamanı Mədəniyyət Mərkəzi qapalı olub. Terror aktı nəticəsində bir nəfər yaralanıb, Mədəniyyət Mərkəzinə və ətraf binalara ziyan dəyib. Yaralı xəstəxanaya yerləşdirilib.

Terror hücumu ötən gün Ankarada törədilən terror aktından təqribən 4 saat sonra reallaşdırılıb. Hələlik terror hücumunun kim tərəfindən törədildiyi məlum deyil. Hazırda İsveç polisi bu istiqamətdə araşdırma aparır.

Xatırladaq ki, 2015-ci ilin sentyabrında Stokholmda yerləşən “Bredeng” Türk Mədəniyyət Dərnəyinə də bombalı hücum reallaşdırılmışdı.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm