Ankara terroru bu maşınla törədilib – FAKTLAR/FOTOLAR
Bizi izləyin

Dünya

Ankara terroru bu maşınla törədilib – FAKTLAR/FOTOLAR

Ötən gün Ankarada qanlı terror aktının törədilməsində istifadə olunan avtomobilin görüntüləri yayılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ötən gün 28 nəfərin ölümü ilə nəticələnən qanlı terror aktında içərisinə bomba yüklənmiş “Volkswagen Scirocco” model avtomobildən istifadə edilib.

Sözügedən avtomobil 15 gün öncə İzmirdən kirayə götürülsə də, 10 gün idi, polis tərəfindən oğurlanmış avtomobil kimi axtarılırmış. Avtomobilin üzərinə taxılmış “34” İstanbul seriyalı nömrə nişanı da saxta olub. Yəni, həmin nömrə əslində İstanbulda qeydiyyatda olan bir avtomobilin nömrəsinin surətiymiş.

Avtomobil partlamamışdan öncə sonuncu dəfə fevralın 11-də Türkiyə saatı ilə 13.03-də terror aktı törədilən bölgəyə yaxın ərazidə quraşdırılmış müşahidə kameralarında görülüb.

Xatırladaq ki, fevralın 17-də Türkiyənin paytaxtı Ankarada 28 nəfərin həlak olması, 60-dan çox adamın yaralanması ilə nəticələnən terror aktı törədilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm