“Obamanın damarlarında qara qulların qanı axır” - QALMAQAL
Bizi izləyin

Dünya

“Obamanın damarlarında qara qulların qanı axır” - QALMAQAL

Yaponiya parlamentinin deputatı Kadzuya Maruyamanın fikirləri qalmaqal yaradıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, deputat ABŞ prezidenti Barak Obamanın damarlarında “qara qulların qanı”nın axdığını bildirib.

“İndi Birləşmiş Ştatların prezidenti qaradərilidir. Onun damarlarında qaraların qanı axır. Onlar qullar idilər”, - o qeyd edib.

Kadzuya Maruyama iqtidarda olan Liberal Demokrat Partiyasının (LDP) üzvüdür. Parlamentin yuxarı palatasının üzvü olan Maruyama LDP-nin Siyasi Şurasının hüquq şöbəsinə başçılıq edir. O, ABŞ-da ali təhsil alıb.

Müxalifət deputatın fikrini irqçiliyin təzahürü adlandırıb və partiya rəhbərliyindən onu parlamentdən qovmağı tələb edib. LDP-nin birinci katibi Sadakadzu Taniqaki Tokioda keçirdiyi mətbuat konfransında bildirib ki, Maruyama öz davranışını izah etməlidir.

70 yaşlı siyasətçinin fikirlərini hətta LDP-nin koalisiya üzrə partnyoru olan “Komeyto” Partiyası da ittiham edib.

Maruyamanın qalmaqallı fikrinə ABŞ hakimiyyəti tərəfindən hər hansı reaksiya verilməyib.

Barak Obama Birləşmiş Ştatların ilk qaradərili prezidentidir. O, mulatdır, amma qaradərili amerikalıların əksəriyyətindən fərqli olaraq, Amerikaya gətirilmiş qulların nəslindən deyil. Onun atası Barak Hüseyn Keniyadan gələn tələbə olub, anası isə ağ amerikalı alim-antropoloq Stenli En Danhemdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm