Ankara terrorunu kim törədib? – YENİ İDDİA
Bizi izləyin

Dünya

Ankara terrorunu kim törədib? – YENİ İDDİA

“Daha əvvəllər belə bir hücumla qarşılaşmadıq. Daha əvvəl kamikadze hücumları olsa da, bunlar avtomobillərlə həyata keçirilməmişdi. Bu tipli hücumla ilk dəfə qarşılaşırıq”.

Publika.az xəbər verir ki, bunu dünən Ankarada törədilən terror aktını şərh edən keçmiş kəşfiyyat rəhbəri Mətin Gurcan deyib.

Təhlükəsizlik üzrə mütəxəssisin fikrincə, kamikadze hücumun həyata keçirilməsi forması terror aktının arxasında İŞİD-in olduğunu deməyə əsas verir.

Qeyd edək ki, Türkiyənin kütləvi informasiya vasitələrində dünən axşam Ankarada dəhşətli terror aktını törətmiş şəxsin kimliyi açıqlanıb. Partlayıcı vasitələrlə dolu avtomobilin sükanı arxasında PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin silahlı dəstələri YPG-nin üzvü, Suriya vətəndaşı, 1992-ci il təvəllüdlü Salih Necar olduğu bildirilir.

Avtomobildə özünü partlatmış terrorçunun kimliyi hadisə yerindən tapılan cəsəd hissələrinin analizi və barmaq izləri ilə müəyyənləşdirilib.

Terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm