Türkiyədə daha bir terror: 6 şəhid – SON DƏQİQƏ/VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Türkiyədə daha bir terror: 6 şəhid – SON DƏQİQƏ/VİDEO (YENİLƏNİB)

Türkiyənin Diyarbəkir vilayətində partlayış törədilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yola yerləşdirilən partlayıcı uzaqdan idarə olunaraq hərbi avtomobilin keçidi zamanı partladılıb.

Hadisə nəticəsində yaralananlar olub. Diyarbəkir-Bingöl avtomobil yolunda baş verən partlayışın PKK terror təşkilatı tərəfindən törədildiyi bildirilir.

Partlayışdan sonra bölgəyə çoxlu sayda təcili tibbi yardım qrupları cəlb edilib. Qaçan terrorçuların tutulması üçün əməliyyat başlayıb.

Valilikdən verilən məlimata görə, partlayış nəticəsində 6 əsgər şəhid olub, 1 əsgər yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm