Davudoğlu Ankara terrorunu törədən təşkilatın adını açıqladı
Bizi izləyin

Dünya

Davudoğlu Ankara terrorunu törədən təşkilatın adını açıqladı

“Terror aktını törədən YPG adlı terror təşkilatıdır. Hücumla əlaqədar 9 nəfər saxlanılıb”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Baş qərargahda Ankarada dünən törədilən terror aktı ilə bağlı çıxışında deyib.

“Bu alçaq hücumu həyata keçirənlər və onlara dəstək olanlar cəzalandırılacaq. Bu terror hücumları ilə millətin dövlətə olan etibarını sarsıtmaq istəyirlər. Amma heç bir şəkildə buna nail ola bilməyəcəklər”, - baş nazir bildirib.

Davudoğlu qeyd edib ki, YPG ilə bağlı bütün dəlilləri ortaya qoyacaqlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm