
Türkiyə Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələri Şimali İraqda PKK-ya qarşı əməliyyat keçirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror təşkilatının Haftanin düşərgəsinə aviazərbələr endirilib.
Əməliyyat fevralın 17-də yerli vaxtla 20:30-21:30 saatlarında (Ankaradakı terror aktından dərhal sonra) həyata keçirilib. Məlumata görə, aralarında PKK-nın yüksək vəzifəli liderlərinin də olduğu 60-70 nəfərlik terrorçu qrupu vurulub.
Ömər