Ankaraya mesaj: “İndi daha güclüyük və təslim olmayacağıq”
Bizi izləyin

Dünya

Ankaraya mesaj: “İndi daha güclüyük və təslim olmayacağıq”

“İndi daha güclüyük və təslim olmayacağıq”.

Publika.az xəbər verir ki, bunu PYD-nin (PKK terror təşkilatının Suriya qolu) həmsədri Saleh Müslim İngiltərənin “Financial Times” qəzetinə müsahibəsində deyib.

“Əvvəllər İŞİD-ə qarşı döyüşərkən arxamızda heç bir beynəlxalq güc yox idi, amma ayaqda qaldıq. İndi daha güclüyük və təslim olmayacağıq”, - o qeyd edib.

İngiltərə nəşri hesab edir ki, PYD-nin silahlı qanadı olan YPG-nin irəliləyişi Türkiyəni Suriyaya hərbi müdaxiləyə məcbur edə bilər. Ancaq “Financial Times” Müslimin Moskvadan silah aldığını və Rusiya ilə birlikdə olduğunu nə təsdiq, nə də təkzib etdiyini yazıb.

Beynəlxalq Böhran Qrupunun nümayəndəsi, türkiyəli politoloq Nigar Gökselin sözlərinə görə, ABŞ-ın PYD ilə bağlı mövqeyi Ankaranın sərt reaksiyası ilə üzləşib.

“Woodrow William” Mərkəzinin mütəxəssis Henri Barkey isə hesab edir ki, İŞİD-ə qarşı mübarizədə ABŞ-ın ən uğurlu müttəfiqlərindən olan PYD-ni özündən uzaqlaşdırması inandırıcı deyil. “ABŞ onlarla əməkdaşlığı dayandıracağını söyləyə bilməz. Bunu Rusiya da, kürdlər də yaxşı bilir. ABŞ bununla kürdləri özündən uzaqlaşdıra bilər”, - ekspert bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm