Ankara və Moskva Qafqazda gizli müharibəyə başladı – “TAM MƏXFİ”
Bizi izləyin

Dünya

Ankara və Moskva Qafqazda gizli müharibəyə başladı – “TAM MƏXFİ”

Türkiyə və Rusiyanın Şimali Qafqazda nüfuz savaşı şiddətlənib.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanı məşhur “Soverşenno sekretno” (“Tam məxfi”) nəşri yazıb.


Söhbət Kabarda-Balkar, Qaraçay-Çərkəz və Adıgey respublikalarındakı etnik çərkəzlərdən gedir.


Nəşr yazır ki, münasibətlər pozulandan sonra Ankara yenidən “çərkəz kartını” oynamağa başladı və çərkəz soyqırımı haqda informasiyalar Türkiyə mediasında çıxdı.


Qeyd edək ki, XIX əsrin sonlarında, həmçinin, Stalinin dövründə çərkəzlər kütləvi şəkildə sürgün siyasəti ilə qarşılaşıblar. Nəticədə minlərlə insan həlak olub. Daha sonra Türkiyəyə və müxtəlif yerlərə sürgün edilmiş çərkəzlərin müəyyən qismi öz tarixi vətənlərinə qayıda biliblər.


Rusiya mediası isə bu tarixi faktları Türkiyənin iddiası olaraq təqdim edir.


“Soverşenno sekretno” qeyd edir ki, Qafqazda Azərbaycan və Gürcüstanı ələ almağa çalışan Türkiyə Şimali Qafqazdakı türkdilli xalqları da ayağa qaldırmağı planlaşdırır.

“Moskva bunu anladığı üçün önləyici addımlar atmaqdadır”, - deyə nəşr bildirir.


Nəşr buna nümunə kimi Kabarda-Balkardakı Türkiyədən gələn və hələ də türk pasportu daşıyan 200 çərkəzin Rusiya vətəndaşlığını qəbul etmək istəməsi ilə bağlı yaydıqları bəyanatı göstərir.


“Rusiya və Türkiyənin dövlətlərarası münasibətlərinin böhran mərhələsinə qədəm qoyması bizi ciddi narahat edir. Buna görə də biz çərkəzlər məsələ ilə bağlı münasibətimizi bildirməyə ehtiyac duyduq. Biz Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmək istəyirik”, - deyə bəyanatı yayan çərkəz icması bildirib.


Müəlliflərdən biri olan Erik Babuq (onun Rusiyada istifadə etdiyi soyad Babuqovdur – red.) deyir ki, Türkiyədə yaşayan etnik çərkəzlərlə türklər arasında böyük fərq yoxdur: “Amma həm də hər iki xalq fərqlidir. Biz yaşamaq üçün vətənimizə gəldik, amma son aylar bəzi çətinliklərlə üzləşmişik. Xüsusilə Rusiyada Türkiyəyə qarşı pis fikirlərin formalaşması bizi narahat edir. Bizim narahatlığımız vətəndaşlıqla bağlıdır. Əgər əvvəllər Rusiya vətəndaşlığını almaq üçün 6, ya da 8 il gözləmək lazım idisə, qorxuruq ki, bundan sonra həmin prosedur daha da uzanar”.

10 il öncə Türkiyədən Kabarda-Balkara köçən Muxaram Kaytuk bildirir ki, onlar Türkiyə vətəndaşlığından imtina etmək istəyirlər: “Bu bizim seçimimizdir. Çünki bizim övladlarımız Rusiya məktəblərində təhsil alır və biz bu ölkədə yaşayırıq”.


E. Babuq isə baş verənlərə təəssüflənir: “Biz sakit yaşamaq istəyirik. Qonşu ölkələr bir-birinə düşmən oldu. Əgər bizim qarşımıza Rusiya, yaxud Türkiyə vətəndaşlığı ilə bağlı seçim qoysalar, biz türk pasportundan imtina etmək və Rusiyada qalmaq istəyirik”, - deyə o bildirir.


Rusiyalı politoloq Arsen Bidov hesab edir ki, Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi Şimali Qafqazdakı türkdilli xalqlara problemlər yarada bilər: “Lakin bu həm də Rusiyaya qarşı təhlükəli məsələdir. Çünki heç kim zəmanət verə bilməz ki, sabah bu xalqlar milli kimlik məsələsini qaldırıb Rusiyaya qarşı çıxmayacaq. Çərkəz soyqırımı kimi tarixi məsələnin qaldırılması da bir növ buna nümunədir”.


“Soverşenno sekretno” qeyd edir ki, qarşıdakı dövrdə Türkiyə və Rusiyanın Şimali Qafqazda türkdilli xalqlar üzərində mübarizəsi güclənəcək.

“Bu regionun alovlanması ilə nəticələnə bilər. Bu mübarizədən əziyyət çəkənlər isə yerli xalqlar olacaq”, - deyə nəşr vurğulayır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm