• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Türkiyədən Suriyanın şimalına 2 min döyüşçü göndərildi

  • Dünya
  • 18 Fevral 2016 19:34
  • 2 146 Baxış
Türkiyədən Suriyanın şimalına 2 min döyüşçü göndərildi

Hərbi texnika və silahla təmin edilən Suriya müxalifətinin iki min döyüşçüsü Türkiyədən Suriyaya keçib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Hərbi qrup Türkiyə-Suriya sərhədi üzərində nəzarət etmək üçün kürd gücləri ilə vuruşan müxalif güclərə kömək edəcək. Agentlik qeyd edir ki, fevralın 5-dən İran və “Hizbullah”ın quru qüvvələri, həmçinin Rusiya hava güclərinin dəstəyi ilə aktiv hərbi əməliyyatlara başlayan Əsəd qoşunları Hələb şəhərindən Türkiyə sərhədinə uzanan yollara nəzarəti ələ keçirib və müxalifət üçün həyati əhəmiyyət daşıyan malların çatdırılması kanallarını de-fakto ləğv edib.

PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG isə Hələbin şimalında Minniğ hərbi aerodromu da daxil olmaqla bir neçə strateji məntəqəni ələ keçirib. Ankara Türkiyə sərhədində yerləşən Azez şəhərinin heç bir halda kürd güclərinin əlinə keçməsinə imkan verməyəcəyini bəyan edib. Türkiyə Silahlı Qüvvələri son 5 gündür ki, YPG güclərinı toplardan atəşə tutur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR