PKK neft kəmərini partlatdı: Ceyhana neft nəqli dayandırıldı
Bizi izləyin

Dünya

PKK neft kəmərini partlatdı: Ceyhana neft nəqli dayandırıldı

PKK terror təşkilatı Kərkük-Yumurtalık neft boru xəttinin Şanlıurfa vilayətindən keçən hissəsində partlayış törədib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar Şimali İraq bölgəsindən Ceyhan limanına edilən neft nəqli dayandırılıb.

“Bu hücum birbaşa olaraq Kürdüstan bölgəsində yaşayan xalqın ruzisini kəsməkdir. Hökumət İŞİD terror təşkilatına qarşı döyüşən peşmərgə güclərinin maaşlarını və digər ehtiyaclarını bu kəmərlə satılan neft hesabına ödəyir”, - Şimali İraq kürd regional rəhbərliyinin açıqlamasında deyilir.

Açıqlamada Türkiyə hökumətindən təhlükəsizlik tədbirlərinin artırılması tələb olunub: “Çünki bu cür hücumlar Kürdüstan bölgəsində yaşayan xalqa böyük zərər verir. Neftin qiyməti düşdüyü üçün hökumətimiz peşmərgənin maaşlarını çətinliklə ödəyir. Neft gəliri olduqca azalıb. Bu hücum terrorçuluğa qarşı mübarizəyə böyük zərər verir”.

Kürd muxtariyyətinin baş naziri Neçirvan Bərzani PKK-dan Şimali İraq kürd regional rəhbərliyinin daxili işlərinə qarışmamağı tələb edib. Onun sözlərinə görə, neft və təbii qaz nəqlinin marşrutunun müəyyənləşdirilməsi hüququ Ərbilə məxsusdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm