Saakaşvili təqib olunur
Bizi izləyin

Dünya

Saakaşvili təqib olunur

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətini onu izləməkdə ittiham edib.

Publika.az xəbər verir ki, Gürcüstanın sabiq prezidenti bu barədə “Facebook”dakı səhifəsində yazıb.

Qubernatorun sözlərinə görə, Təhlükəsizlik Xidməti onun izlənilməsi üçün iki qrupu işə götürüb. Saakaşvili Təhlükəsizlik Xidmətinin mühafizəsindən də imtina edib.

Saakaşvili əmindir ki, Təhlükəsizlik Xidməti ona və ətrafındakı insanlara qarşı müharibə elan edib.

“Biz Odessa vilayətində Təhlükəsizlik Xidmətinin əməkdaşları və yüksək vəzifəli məmurların qeyri-leqal qumar və valyuta mübadiləsi biznesi, siqaret qaçaqmalçılığı və digər soyğunçu şəbəkəni ləğv etdik. Qurum bundan sonra bizə qarşı müharibə elan etdi”, - sabiq prezident vurğulayıb.

Qeyd edək ki, Saakaşvili 30 may 2015-ci ildə Odessa vilayətinin qubernatoru təyin edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm