• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

Putinin 5 hədəfi – Rusiyanı zərərsizləşdirmək üçün ŞOK TƏKLİFLƏR

  • Dünya
  • 18 Fevral 2016 21:14
  • 4 539 Baxış
Putinin 5 hədəfi – Rusiyanı zərərsizləşdirmək üçün ŞOK TƏKLİFLƏR

Rusiyanın geostrategiyası ABŞ-ın maraqları üçün təhlükə təşkil edir.

Publika.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin sabiq müavini Evelina Farkas “Atlantic Council” analitik agentliyi üçün qələmə aldığı yazısında qeyd edib.

“ABŞ-ın müdafiə naziri Eşton Karter bu ayın əvvəlində Rusiyanın adını Amerika xalqının qarşılaşdığı təhlükələr arasında ilk yerdə çəkdi. Çox təəssüf ki, XXI əsrdə Rusiya və Birləşmiş Ştatlar arasında xarici siyasətdə qarşıdurma davam edir. Rusiya hökuməti ABŞ-ın maraqları və milli təhlükəsizliyinə zidd olan siyasət həyata keçirir”, - o, deyib.

Evelina Farkasın sözlərinə görə, Kremlin hədəfləri aydındır:

1. Rusiya Federasiyasının lideri kimi Vladimir Putinin mövqeyini saxlamaq, mütləqiyyətə əsaslanan siyasi quruluşu və qəbilə iqtisadiyyatını konservləşdirmək.

2. Rusiyanın böyük dövlət statusunu bərpa etmək.

3. Vətəndaşların hüquqlarının müdafiəsinə xarici müdaxilənin qarşısını almaq.

4. Rusiyanın yerləşdiyi coğrafiyada siyasi nəzarəti ələ keçirmək.

5. Əgər mümkündürsə, NATO, Avropa İttifaqı və digər transatlantik birlikləri parçalamaq.

ABŞ müdafiə nazirinin sabiq müavini qeyd edir ki, Vaşiqnton milli gücünün diplomatik, iqtisadi, informasiya və hərbi kimi elementlərindən istifadə edərək Rusiyanı kursu dəyişməyə məcbur etməlidir: “Birləşmiş Ştatlar təmkinliyini saxlayaraq Rusiyanın hərəkətlərinə müqavimət göstərməli, müttəfiqləri və partnyorlarını gücləndirməlidir. Biz Rusiyanı sonrakı hərbi hərəkətlərindən saxlamalıyıq. Mən Avropa güclərinin genişləndirilməsi üçün 2016-cı ildə 3,4 milyard dollar ayrılmasını alqışlayıram. Konqres Ukrayna, Gürcüstan və Moldovanın müdafiə potensialının möhkəmləndirilməsinə dəstəyini davam etdirməlidir. Bu ölkələrə kadrların hazırlanması, həmçinin müdafiə sferasında şəffaflıq və məsuliyyətin yaradılmasında kömək olunmalıdır. Bundan başqa, hər üç ölkəni tank əleyhinə silahlarla təchiz etmək lazımdır”.

Bundan başqa, Evelina Farkasın fikrincə, Suriyaya müttəfiqlərin quru qoşunları daxil edilməli, müxalifət güclərinə dəstək verilməlidir.

“Müdafiə Nazirliyi Rusiya ilə istənilən işgüzar münasibətləri dayandırmalıdır. ABŞ-ın müdafiə sənayesində Rusiyanın heç bir raketindən istifadə olunmamalı, həmçinin xarici hərbi kömək üçün yeni fond yaradılmalıdır. Bu fond Rusiyanın hərbi texnikasından imtinaya kömək etmək üçün müttəfiqlərə və partnyorlara dəstək verməlidir”, - sabiq nazir müavini qeyd edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR