Benzinin qiyməti 60 dəfə qalxacaq
Bizi izləyin

Dünya

Benzinin qiyməti 60 dəfə qalxacaq

Venesuela prezidenti Nikolas Maduro ölkənin neftdən asılı olan iqtisadiyyatını qorumaq üçün neft məhsullarının qiymətlərinin artırılacağını bəyan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı neft məhsullarından əldə olunan gəlirin dövlətin sosial proqramlarının maliyyələşməsinə xərclənəcəyini deyib.

Məlumata görə, son 20 ildə neft məhsullarının qiymətlərində ilk dəfə ciddi artım olacaq. Benzinin bir litrinin qiyməti 0,1 bolivardan 6 bolivara qədər yüksələcək.

Müxalifət liderləri isə bildiriblər ki, dövlət başçısının bu addımı iqtisadiyyatı inkişaf etdirmək üçün kifayət etməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm