CİA-nın sabiq şefi: “Bu, Putinin hiyləsidir”
Bizi izləyin

Dünya

CİA-nın sabiq şefi: “Bu, Putinin hiyləsidir”

Rusiyanın hərbi təcavüzünə qarşı durmaq üçün Ukraynaya silahların çatdırılması Amerika Birləşmiş Ştatlarının milli maraqlarına cavab verir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq direktoru Devid Petreus və ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Xerbst “The Wall Street Journal” üçün qələmə aldıqları məqaləsində bildiriblər.

Məqalə müəllifləri ABŞ rəhbərliyini Ukraynaya hərbi köməyi artırmağa çağırıb. Onların fikrincə, Ukraynanın şərqində yaranmış nisbi sakitlik yalnız Rusiya prezidenti Vladimir Putinin taktikİ hiyləsidir. Devid Petreus və Con Xerbst hesab edir ki, Putinin taktikası Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılması və aradan qaldırılmasına nail olmaq üçündür.

Petreus və Xerbstin fikrincə, Moskvanın zirehli texnika baxımından ciddi üstünlüyünü kompensasiya etmək Ukraynaya portativ tank əlehinə komplekslər son dərəcə lazımdır. Müəlliflər qeyd edirlər ki, terrorçuların raket sistemlərinin olduğu yerin koordinatlarının müəyyənləşdirilməsi üçün Ukraynanın radar sistemlərinə ehtiyacı var.

ABŞ prezidenti Barak Obama administrasiyası Ukraynaya iki bu cür radar sistemi verib. Amma müəlliflər qeyd edirlər ki, bu sistemlərdən daha çox göndərilməli və onların hərəkət radiusu Rusiyanın sərhəd ərazilərinə çatmalıdır. Petreus və Xerbst bildirirlər ki, Moskva öz ərazisindən də Ukrayna qoşunlarının mövqelərinə raketlər buraxır.

Keçmiş səfir və CİA-nın sabiq direktoru həmçinin qeyd edirlər ki, Ukraynaya müasir pilotsuz təyyarələr lazımdır.

Qeyd edək ki. ABŞ-ın 2016-cı il büdcəsində Ukraynaya 300 milyon dollar hərbi yardımın ayrılması nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm