Şerlok Holms haqqında yeni hekayə tapılıb
Bizi izləyin

Dünya

Şerlok Holms haqqında yeni hekayə tapılıb

Britaniyanın Selkerk şəhərinin sakini, 80 yaşlı Uolter Elliot evinin çardağında əfsanəvi xəfiyyə Şerlok Holms barədə müəllifi məlum olmayan hekayə tapıb. Hekayə 1902-ci ilin ədəbi xeyriyyə məcmuəsində çap olunub. Satışdan əldə olunan vəsait yerli körpünün inşasına sərf edilib.

48 səhifədən ibarət hekayə imzasız nəşr edildiyindən onun kim tərəfindən yazıldığı hələlik dəqiq bilinmir. Lakin məcmuənin son səhifələrində Artur Konan Doylun adının xeyriyyə aksiyasının fəxri iştirakçısı qismində çəkilməsi müəllifin məhz məşhur yazıçı olduğuna dolayı işarədir.

Uolter Elliotun sözlərinə görə, Holms barədə naməlum hekayənin yer aldığı bu məcmuəni təxminən 50 il əvvəl bazardan alıb. O, nadir kitabı yaxın vaxtlarda Selkerk şəhərinin ictimai mərkəzində sərgiləmək niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm