Bu universitetin tələbələri dərsə silahla gedəcək
Bizi izləyin

Dünya

Bu universitetin tələbələri dərsə silahla gedəcək

Texas universitetinin prezidenti odlu silah gəzdirmək lisenziyası olan tələbələrin dərsə də gizlində silahla gəlmələrinə icazə verəcəyini bildirib. Universitetin bu qərarı ştat senatının qəbul etdiyi “universitet şəhərciklərində silah gəzdirilməsi hüququ”na dair 11 saylı qanun layihəsi ilə bağlıdır. Texas qubernatoru Qreq Abbot 1 iyun 2015-ci il tarixli qərarla bu qanunu artıq təsdiqləyib.

2016-cı il avqustun 1-dən qüvvəyə minəcək qanuna əsasən, silah gəzdirmə lisenziyası olan 21 və ya ondan yuxarı yaşda olan vətəndaşlar 214 mindən çox tələbənin təhsil aldığı Texas Universiteti sistemindəki ali təhsil müəssisələri ərazisində də bu hüquqdan yararlana biləcəklər.

Universitetin rektoru Qreqori Fenves yeni qanunla razılaşmadığını açıqlayıb, amma onu Texas Universiteti sistemində ştatın qanunlarına uyğun olaraq tətbiq etməlidir. Yalnız universitetlərdəki laboratoriyalar və tibbi xidmət məntəqələri istisna ediləcək və burda silah gəzdirilməsi qadağan olunacaq.

Texas ştatının qubernatoru Qreq Abbot qeyd edib ki, sözügedən qanun universitetlərin ərazisində kütləvi qətllərin qarşısını alacaq. Abbotun fikrincə, silah gəzdirən vətəndaşlar cinayətkarlara müqavimət göstərə bilər.

Universitet professorlarına gəlincə, onlar yeni qanunu etirazla qarşılayıb və bildiriblər ki, bundan sonra üzərində silah olan tələbənin biliyini qiymətləndirmək yetərincə çətin olacaq.

Bir çox tələbələr, valideynlər və məzunlar da yeni qanuna öz narazılıqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm