Kiyevdən SOS – Müharibə yenidən başlayır
Bizi izləyin

Dünya

Kiyevdən SOS – Müharibə yenidən başlayır

Ukraynanın şərqində hərbi əməliyyatlar yenidən başlaya bilər.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, anti-terror əməliyyatları qərargahının mətbuat mərkəzindən Donetsk vilayətinin Petrovski şəhərində separatçıların hərbi texnika və şəxsi heyət topladığı bildirilib.

Məlumata görə, separatçıların aktivliyi fevralın 18-də bütün gün ərzində müşahidə edilib. Qeyd edilir ki, separatçıların məqsədi Donetsk vilayətinin Marinka şəhərini tutmaqdır.

“Donetsk sakinləri bildirirlər ki, döyüşçülər Petrovski şəhərində şəxsi heyət və hərbi texnika yerləşdirirlər. Məqsəd Marinka istiqamətdə hücum etməkdir. Xüsusi olaraq, “Qrad”lar və 10-dan çox tank qeydə alınıb", - xəbərdə deyilir.

Bildirilir ki, separatçıların özləri də Marinkanı tutmağı planlaşdırdıqlarını gizlətmirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm