• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

BMT-nin sabiq baş katibi dəfn edildi

  • Dünya
  • 19 Fevral 2016 05:16
  • 767 Baxış
BMT-nin sabiq baş katibi dəfn edildi

BMT-nin keçmiş baş katibi Butros Butros-Qali hərbi ehtiramla Qahirədə dəfn edilib. Dəfn mərasiminə Misirin prezidenti Əbdülfəttah əs-Sisi başçılıq edib.

Publika.az AzərTac-ın Qahirədəki müxbirinə istinadən xəbər verir ki, Mərhum siyasətçinin tabutunu “Əl-Muşir Tantaui” meydanından ölkə rəhbərliyinin, Misirin tanınmış ictimai xadimlərinin və ruhanilərin müşayiət etdiyi artilleriya qoşqusunda keçiriblər. Dəfn mərasimində prezident qvardiyasının qarovulu iştirak edib, ölkənin himni səslənib.

Dünya siyasətinin rəmzlərindən biri olmuş Butros Butros-Qali uzun sürən xəstəlikdən sonra 93 yaşında vəfat edib. O, tarixdə Ərəb Dünyasının BMT Baş katibi vəzifəsində olmuş ilk nümayəndəsi və BMT sülhyaratma missiyasının yaxşılaşdırılması üzərində fəal iştirak etmiş tanınmış siyasi xadim kimi iz qoyub. Dünya şöhrətli diplomat BMT-nin altıncı baş katibi olaraq 1992-ci ildən 1996-cı ilədək bu vəzifəni tutub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR