Papadan Trampa sərt cavab
Bizi izləyin

Dünya

Papadan Trampa sərt cavab

“Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın mühacirlərə baxışı xristianlığa yaddır”.

Bunu Roma Papası Francis Meksikadan Romaya dönərkən, Trampın prezident olacağı halda ABŞ-la Meksika arasında sədd çəkmək istəyi ilə bağlı sualı cavablandırarkən deyib. Papa deyib ki, körpü yox, yalnız sədd çəkmək haqqında düşünən insana xristian demək olmaz.

Trumpən Papaya cavabı gecikməyib. Prezidentliyə namizəd deyib ki, dini liderin insanın inamını şübhə altına alması rüsvayçılıqdır. “Əgər “İslam Dövləri” qrupu Vatikana hücum etsəydi, onda Papa Trampın prezident olmasını istərdi”, - Donald Tramp əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm