ABŞ-dan Moskvaya İranla bağlı XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

ABŞ-dan Moskvaya İranla bağlı XƏBƏRDARLIQ

Rusiyanın İrana SU-30 təyyarələri satmaq istəməsi BMT-nin İrana qarşı tətbiq etdiyi embarqonun pozulması olacaq.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib. Onun sözlərinə görə, bu cür təyyarələrin göndərilməsinə BMT təhlükəsizlik şurasının razılığı gərəkdir.

Toner qeyd edib ki, Vaşinqton bununla bağlı məsələ qaldırmağa hazırlaşır və İranla yekun nüvə sazişində iştirak edən ölkələr bu barədə tam məlumatlandırılmalıdır.

Razılaşmaya görə, İrana silah embarqosu 5 il qüvvədə qalmalıdır. Rusiya prezidenti Vladimir Putin fevralın 18-də İranın müdafiə naziri Hossein Dehghanla hərbi-texniki əməkdaşlıq məsələsini müzakirə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm