"Domodedovo" aeroportunun sahibi saxlanıldı
Bizi izləyin

Dünya

"Domodedovo" aeroportunun sahibi saxlanıldı

Rusiyanın İstintaq Komitəsi "Domodedovo" aeroportunun faktiki sahibi Dmitri Kamenşikə qarşı 2011-ci ilin yanvarında terror aktına gətirib çıxaran qanun pozuntularına dair iş üzrə ittiham irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib.

Onun saxlanıldığı və hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxıldığı bildirilir.

Hava limanının gözləmə zalında terror aktı 2011-ci il 24 yanvar tarixində baş verib. Kamikadzenin əldəqayırma partlayıcı qurğunu işə salması nəticəsində 37 nəfər ölüb, 172 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm