88 ildən sonra ilk dəfə - Obamadan tarixi addım - FOTOLAR
Bizi izləyin

Dünya

88 ildən sonra ilk dəfə - Obamadan tarixi addım - FOTOLAR

Martın 21-də ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama ilk dəfə olaraq Kubaya səfərə gedəcək.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Obama özü bəyan edib.

Obama deyib ki, o, bu tarixi addımı ABŞ-la Kuba arasında böhranın aradan qaldırılması və ölkələr arasında münasibətlərin ən yüksək səviyyədə olması üçün atır.

Səfərin iki gün davam edəcəyini vurğulayan ABŞ prezidenti qeyd edib ki, Kubadan sonra isə birbaşa Argentinaya gedəcəklər: “Biz Kuba xalqının həyat və rifahının daha yaxşı olmasını istəyirik. Bunun üçün də ABŞ-la Kuba arasında 50 ildən artıq sürən böhranı aradan qaldırmaq istəyirik. Əminəm ki, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına böyük təkan verəcək”.

Xatırladaq ki, prezident postu tutduğu müddətdə Kubaya yalnız 1928-ci ildə ABŞ-ın 30-cu prezidenti Con Kalvin Kulic səfər edib. Barak Obama isə Kubaya 88 ildən sonra səfər edən ikinci ABŞ prezidenti olacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm