Saxta CHP-Gülən afişaları İzmiri qarışdırdı
Bizi izləyin

Dünya

Saxta CHP-Gülən afişaları İzmiri qarışdırdı

Saxta CHP-Gülən afişaları İzmiri qarışdırdı

İzmirin bəzi səmtlərində CHP sədri Kamal Kılıçdaroğlunun bir əliylə İzmir meri və CHP namizədi Əziz Kocaoğlunun, digər əliylə də Gülən camaatı lideri Fəthullah Gülənin qollarını havaya qaldırdığı montaj fotoşəkilin üzərində "Fəthullah Gülən ilə Gülən CHP" yazılan afişa asılb. Fotomontaj afişa gərginliyə səbəb olub və CHP rəsmiləri AKP-ni günahlandırıb.

CHP-nin seçki plakatı kimi hazırlanan, fotoşop texnikası istifadə edilərək hazırlanan afişa, xüsusilə Mavişehir, Alsancak, Kordon kimi mərkəzi yerlərdə elektrik dirəklərinə yapışdırılıb.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, CHP İzmir vilayət şöbəsinin sədri Əli Əngin, protokolla təsbit edib, cinayət idddiası qaldırdıqalrını deyib: "Bizə gələn məlumatlar, bu afişaların AKP afişalarının basıldığı mətbəədən çıxdığını göstərir. Partiya logosunu, şüarını istifadə edərək montajla seçicini yanıltdıqları üçün bu böhtana qarşı iddia açırıq"

AKP rəsmiləri isə mövzu haqqında məlumat sahibi olmadıqlarını söyləməklə kifayətləniblər.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm