Kaladze “Qazprom”la Vyanada görüşür: ruslar bu dəfə pul təklif edir
Bizi izləyin

Dünya

Kaladze “Qazprom”la Vyanada görüşür: ruslar bu dəfə pul təklif edir

Gürcüstanla “Qazprom” arasında danışıqlar bu gün də davam edəcək.


Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, energetika naziri Kaxa Kaladze ilə “Qazprom” rəhbərliyinin bu günə nəzərdə tutulan görüşü Vyanada baş tutacaq.


Qeyd edək ki, Azərbaycanın güzəştli şəkildə təbii qazla təchiz etdiyi Gürcüstan son dövrlər Rusiyadan aldığı qazın həcmini artırmaq istəyir. Bununla bağlı rəsmi Tiflis “Qazprom”la gizli sövdələşmələr aparıb. Lakin gizli sövdələşmələrlə bağlı məlumatlar ortaya çıxandan sonra gürcü ictimaiyyətinin buna münasibəti sərt oldu və ciddi etirazlar qalxdı.


Məlumatlara görə, Rusiyadan Ermənistana gedən təbii qazın 12 faizini tranzit haqqı olaraq alan Gürcüstan bu həcmi artırmaq istəyir. “Qazprom” buna razı olsa da, son proseslərdən sonra şirkət tranzit haqqını pulla ödəməyi təklif edir. Lakin Gürcüstan mediası Rusiyadan alınan qazın həcminin 20 faizə qədər arta biləcəyini də istisna etmir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm