
Rusiya Federasiyası Şimali Osetiya Respublikasının başçısı Tamerlan Aquzarov dünyasını dəyişib.
Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidmətindən bildirilir.
Agentliyin məlumatına görə, pnevmoniya (sətəlcəm) xəstəliyi olan Tamerlan Aquzarov Moskva xəstəxanalarından birində ölüb.